Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2023 11:08
Xəbər verdiyimiz kimi, qondarma qurumun keçmiş və sonuncu rəhbəri Samvel Şahramanyan bir zamanlar Qarabağdan yayım yapan erməni kanalına (adını "artsax" qoyublar - Red) geniş müsahibə verib. Bütün müsahibə özünü təmizə çıxartmaq, yaşadıqları məğlubiyyətin və yanlış siyasətin nəticələrinin məsuliyyətini Paşinyan hökuməti ilə bölüşmək məqsədi daşıyır.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, daha bir bölümdə Şahramanyan Qarabağdan çıxan ermənilərə növbəti dəfə yalan danışaraq, onların Qarabağa qayıtması üçün güya danışıqların getdiyi barədə açıqlama verib. Sitat:
"Bir çox qlobal mərkəzlər əhalinin geri qaytarılmasında maraqlıdır: Rusiya, ABŞ, Aİ. Bakı da bunda maraqlıdır, çünki beynəlxalq ictimaiyyət onu erməniləri deportasiya etməkdə ittiham edir".
Şahramanyan qeyd edir: onun "Dağlıq Qarabağın statusu" (cəhənnəmə gedən statusu deyir - Red) haqqında təsəvvürü var, ermənilərin geri qayıtması üçün onun necə olması lazım olduğuna dair baxışı var".
Bu cür avantüristlər erməni xalqına illərlə yalan danışaraq, nəticədə onları fəlakətin astanasına gətiriblər. Elə bu cür yalanlarla da onları Qarabağdan çıxartdılar. İndi də olmayacaq hədəflər haqda mesaj verib, o xalqı daha dərin böhrana soxmağa çalışırlar...
Şahramanyanın digər açıqlamaları: BURADA
https://musavat.com/news/sahramanyan-mesuliyyeti-pasinyanin-uzerine-atdi-xeberi-var-idi_1017693.html
https://musavat.com/news/sahramanyan-qarabagi-nece-terk-etdiyini-aciqladi-men-mudafie-naziri-ve-iki-memurum_1017694.html
https://musavat.com/news/sahramanyandan-sensasion-aciqlama-sentyabrin-19-da_1017690.html
https://musavat.com/news/sahramanyandan-sok-baki-ile-elaqe-saxladim-babayan-ve-balasanyani_1017689.html