Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Tarix: 9 Noyabr 2024 16:42

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən terror aktında həlak olanlarla bağlı baş sağlığı verib.

Sonxeber.net xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşılıb.

"Bu gün Pakistanın Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Bu dəhşətli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - paylaşımda deyilir.


Etiketlər:  Azərbaycan XİN Pakistana başsağlığı verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ