Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2024 14:44
Beynəlxalq Kosmik Stansiyaya (BKS) cəmi səkkizgünlük səfərə yollansalar da, gəmidə yaranan problemlər səbəbindən 2 ildir Yerə qayıda bilməyən astronavtlardan Sunita Uilyamsın səhhətində problem yaranıb. NASA həkimləri onun sürətli arıqlamasından ciddi narahatdırlar.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə "New York Post" qəzeti NASA əməkdaşına istinadla xəbər yayıb.
Bildirilib ki, dərc edilmiş son şəkillərdə Sunita sadəcə arıq deyil, taqətdən düşmüş görünür.
"İndi o, bir dəri və bir sümükdən ibarətdir. Buna görə də, ilk növbədə çəki itkisini stabilləşdirməyə və yenidən çəkisinin bərpasına kömək etmək lazımdır", - deyə mənbədən bildirilib.
Xatırladaq ki, Butç Uilmor və Sunita Uilyamsın iştirakı ilə kosmik missiyanın ilkin olaraq təxminən bir həftə davam etməsi planlaşdırılırdı, lakin stansiya ilə birləşmə zamanı gəmidə mühərrik problemi və ardınca helium sızması baş verib. Aşkar edilmiş nasazlıqları aradan qaldırmaq mümkün olmayıb. NASA "Starliner"in ekipajsız Yerə qayıtması qərarına gəlib. Uilmor və Uilyams isə Yerə qayıtmaq üçün "SpaceX" şirkətinin "Crew Dragon" gəmisinin gəlişini BKS-də gözləməlidirlər. Missiya 2025-ci ilin fevralına planlaşdırılıb.