Tarix: 4 Dekabr 2019 16:32
Türkiyə millisinin baş məşqçisi Şenol Günəş komandasının Avro-2020-nin qrup oyunları haqda danışıb.
Qol.az xəbər verir ki, 67 yaşlı mütəxəssis bu gün keçirdiyi mətbuat konfransında qrupda uğurlu çıxış edəcəklərini deyib:
“Sonuncu qatıldığımız turnirdə qarşılaşacağımız komandaları analiz etmiş olduq. Qrupda hamısından daha uğurlu çıxış edəcəyimizi düşünürəm. Almaniya, Fransa və Portuqaliyanın olduğu qrupda da yer alsaydıq, yenə eyni fikirdə olacaqdım. Biz öz oyunumuzu oynayacağıq. Rəqibləri tanımağa gəldikdə isə İtalia, İsveçrə və Uelsin heyətindəki futbolçuların ortalama yaşı 25-dir. Petkoviç və Mançinini tanıyırsınız. İtaliya ilə görüşdə uduzsaq belə, Bakıda Azərbaycanı və özümüzü təmsil edəcəyik”.
Qeyd edək ki, Türkiyə millisi iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.