Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2024 08:40
New York Post-un verdiyi məlumata görə, ABŞ-ın keçmiş birinci xanımı Melaniya Tramp, indiki birinci xanım Cill Baydenin Ağ Evdə görüşmə təklifini rədd edib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, buna səbəb kimi 2022-ci ildə Tramp ailəsinin Floridadakı evində FTB tərəfindən aparılan axtarışlarla bağlı yaranan gərginlikdir.
Mənbələrin bildirdiyinə görə, Melaniya Tramp bu hadisəyə görə Baydenlərə qarşı hələ də dərin qəzəb hissi keçirir. "Cill Baydenin həyat yoldaşı FTB-yə onun alt geyimlərinin olduğu şkafı axtarmağa icazə verib. Baydenlər iyrəncdir," deyə Melaniyə yaxın mənbə New York Post-a bildirib.
Gözlənildiyinə görə, növbəti çərşənbə günü ABŞ prezidenti seçilən Donald Tramp Ağ Evdə Oval Kabinetdə prezident Co Baydenlə ənənəvi görüş keçirəcək. Bu görüş, 2024 seçkilərindən sonra hər iki tərəfin bir araya gələcəyi ilk rəsmi görüş olacaq.
Qeyd edək ki, 2016-cı ildə Melaniya Tramp həyat yoldaşı Donald Trampın seçkilərdə qələbəsindən sonra Ağ Evə ilk dəfə səfər etmiş və həmin dövrdəki birinci xanım Mişel Obama tərəfindən qarşılanmışdı. Lakin 2020-ci ildə Tramp seçkilərdə məğlub olduqdan sonra, Baydenləri Ağ Evə dəvət etməmiş, uzun illər boyu davam edən bu ənənəni pozmuşdu.