Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çakraborti müsəlmanları təhqirə görə üzr istəməyəcək

Çakraborti müsəlmanları təhqirə görə  üzr istəməyəcək

Tarix: 13 Noyabr 2024 14:50

Üzr istəmək kimi bir fikrim yoxdur. Həyatım boyunca hindularla müsəlmanlar arasında nifrət yaradacaq heç bir bəyanat verməmişəm.

Sonxeber.net kult.az-a istinadla xəbər verir ki, bu sözləri Bollivud ulduzu Mithun Çakraborti pakistanlı siyasətçi Şahzad Bhattinin üzr tələbinə cavabında deyib.

"Sözlərim media tərəfindən təhrif edilib və məğzindən uzaqlaşdırılıb", - o bildirib.

Qeyd edək ki, Çakraborti bir müddət əvvəl müsəlmanları hədələyərək, "sizi tikə-tikə doğrayıb, cəsədlərinizi çaya deyil, torpaqlarınıza atacağıq" deyib. Onun təhdidamiz çıxışı olduqca sərt reaksiyaya səbəb olub. Pakistanlı siyasətçi Şahzad Bhatti buna münasibıt bildirərək, Çakrobortinin 15 gün ərzində müsəlmanlardan üzr istəməsini tələb edib.


Etiketlər:  Çakraborti müsəlmanları təhqirə görə üzr istəməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ