Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Cəhənnəm olsun o oğlan da, qız da...”

“Cəhənnəm olsun o oğlan da, qız da...”

Tarix: 14 Noyabr 2024 04:05

"Ailə qurmağa tələsməyin. Qızlar, zamanı gələndə ərə gedərsiniz. Özünüzə əziyyət verməyin. Mən gənclərə həmişə məsləhət verirəm. Deyirəm, ay qız, o oğlan qələt edir sənin arxanca düşür. Qələt edir, boş ver onu. Olmaz!"

Sonxeber.net olay-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Elnarə Abdullayeva "İncə səhər" verilişində deyib.

O əlavə edib: "Vaxt, zaman gələndə ailə qurarsınız. Gənc qız ağlayıb, özünü öldürür ki, oğlan onu almadı. Oğlan da digər tərəfdən özünü öldürür ki, qız mənimlə neçə vaxt danışır, görüşür, amma mənə ərə gəlmədi. Cəhənnəm olsun o oğlan da, qız da!..

Niyə özünüzü bu kimi məsələlərə görə öldürürsünüz və ya həyatınızı cürüdürsünüz. Qurana and olsun, mən həyatını çürüdən gəncləri görürəm, onlara yazığım gəlir. Deyirəm ki, bunlar nə zaman ayılacaqlar ki, hər şey boşdur. "Leyli və Məcnun" kimi ailə quran cütlükləri görmüşəm. Bir-birinin dərdindən az qala ölsünlər. Amma bir ay keçir, aralarında qiyamət qopur.

Atanız sizə evdən çıxanda 3 manat pul verirsə, gedin ona "pirojki" alıb yeyin. Bilirsiniz o rahat başla "pirojki" yemek necə gözəl hissdir".


Etiketlər:  Cəhənnəm olsun oğlan qız


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ