Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hamı mənə nifrət edirdi”

“Hamı mənə nifrət edirdi”

Tarix: 21 Noyabr 2024 06:30

"Ayntraxt"ın futbolçusu Mario Götze Dortmund "Borussiya"sından "Bavariya"ya keçidi haqda danışıb. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə deyib: 

"Uşaqlıqda mən peşəkar futbolçu olmaq haqda düşünmürdüm. Sadəcə, bu oyunu sevirdim, başqa heç nə barədə düşünmürdüm. 

Sonra 18 yaşımda öz doğma şəhərim Dortmund klubu ilə Bundesliqanın qalibi oldum. Hamı məni sevirdi. Sonra daha böyük klub - "Bavariya"ya keçəndə isə hamı mənə nifrət edirdi. Onlar mənə satqın deyirdilər. Amma mən bütün həyatımı Dortmunda keçirdiyimə görə yeni səyahət axtarırdım, ətrafımı dəyişmək istəyirdim". 

Qeyd edək ki, Mario Götze 2013-cü ildə "Borussiya"dan "Bavariya"ya keçib. 


Etiketlər:  Hamı mənə nifrət edirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ