Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“WhatsApp”dan yenilik - Hamı baxa biləcək

“WhatsApp”dan yenilik - Hamı baxa biləcək

Tarix: 23 Noyabr 2024 09:03

"WhatsApp" status yeniləmələrinə yeni funksiya əlavə edir.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, yeniliyə əsasən istifadəçilər bütün qrupları etiketləyərək paylaşdığı foto və ya videolardan bütün qrup üzvlərinin bildiriş almasını təmin edə biləcək. "WhatsApp"ın sınaqdan keçirdiyi yeni funksiya Android üçün yayımlanan 2.24.24.21 beta versiyasında müşahidə edilib. Funksiya sadə şəkildə işləyir. Foto və ya videonun seçilməsi və etiketlərə qrup adının əlavə edilməsi bütün qrup üzvlərinin dərhal xəbərdar olmasını təmin edəcək.

Qeyd edək ki, bundan əvvəl "WhatsApp" statuslarına maksimum beş nəfərin etiketləməsi funksiyası tətbiq edilmişdi.


Etiketlər:  WhatsAppdan yenilik Hamı baxa biləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ