Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2024 09:18
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qəzzada əmin-amanlıq və sülhün bərqərar olması üçün əlindən gələni etməkdən çəkinməyəcəyini bildirib.
Sonxeber.net xəbər verir ki, Ərdoğan Oman sultanı Heysəm bin Tariq bin Teymur Əl Səidlə Ankarada keçirdiyi mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, Baydenin açıqlaması gecikmiş olsa da, təqdirə layiq addımdır:
"Türkiyə Qəzzada əmin-amanlıq və sülhün bərqərar olması üçün əlindən gələni etməkdən çəkinməyəcək. ABŞ prezidenti Co Baydenin Qəzzada atəşkəs üçün yeni təşəbbüs irəli sürəcəyinə dair açıqlaması çox gecikib, lakin mühüm addımdlr".