Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru BMT iclasında çıxış etdi

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru BMT iclasında çıxış etdi

Tarix: 3 Dekabr 2024 08:54

Azərbaycan hələ Qoşulmama Hərəkatına (QH) sədrlik etdiyi dövrdən fəaliyyətini bu beynəlxalq təşkilatın ana prinsiplərinə uyğun tənzimləyib.

Sonxeber.net xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatında (BMT) Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov deyib.

Hərəkatın əsas prinsiplərinin ölkələrin suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək olduğunu deyən icraçı direktor, həmçinin QH-nin yaranmasının əsas məqsədlərindən birinin dekolonizasiya prosesinə mühüm töhfə vermək olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Fransa və Niderlandın müstəmləkəçilik siyasətindən əziyyət çəkən regionlar Azərbaycanın hərəkata sədrliyi dövründə sammit və konfranslarda geniş fikir mübadilələrinə qoşulublar. O, bu kimi konfranslardan birində Bakıda müstəmləkələrin təşəbbüsü ilə BTQ-nin yaradıldığını vurğulayıb.

Abbas Abbasov BTQ-yə, onun üzvlərinə, müstəmləkələrdə yaşayan və müstəqillik tərəfdarları olan şəxslərə müəyyən təzyiqlərin olduğunu da qeyd edib. "Bu əslində təbiidir, çünki indiyə kimi, Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə qədər dünya ictimaiyyəti bu müstəmləkələrin mövcudluğundan xəbərsiz idilər və bu regionlarda həyata keçirilən çirkin müstəmləkəçilik fəaliyyətləri haqqında geniş məlumat əldə edə bilmirdilər. Qrupun BMT-də keçirdiyi beynəlxalq konfranslardan, aidiyyəti qurumlara müvafiq hesabatlar təqdim etməsindən sonra bu cür informasiyalar daha geniş formada dünya ictimaiyyətinin diqqətinə çatdırıldı",- deyə icraçı direktor əlavə edib.


Etiketlər:  Bakı Təşəbbüs Qrupunun icraçı direktoru iclasında çıxış etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ