Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qış idman növlərinin inkişafı məqsədilə yeni layihəyə start verildi - FOTO

Qış idman növlərinin inkişafı məqsədilə yeni layihəyə start verildi - FOTO

Tarix: 5 Dekabr 2024 14:36

Xizək mədəniyyətinin təbliği və qış idman növlərinin inkişafı məqsədilə "Şahdağ" Turizm Mərkəzinin təşkilatçılığı və Baku Snow Sport şirkətinin dəstəyi ilə yeni marifləndirici layihəyə start verilib.

Sonxeber.net bildirir ki,  layihənin əsas məqsədi gənclər arasında qış idman növlərinə marağı artırmaq, aktiv həyat tərzini təşviq etmək, eyni zamanda ölkəmizdə qış turizminin inkişaf potensialı və bu sahədə müasir imkanlarla tanış etməkdir.

Layihə çərçivəsində tələbələrlə ilk görüş Azərbaycan Turizm və Menecment Universitetində təşkil edilib.

Görüş zamanı 100-dən artıq tələbə qış idman növlərinin əhəmiyyəti, sağlamlığa və sosial inteqrasiyaya verdiyi töhfələr haqqında məlumatlandırılıb, eləcə iştirakçılara təcrübəli mütəxəssislər tərəfindən praktiki tövsiyələr verilib, faydalı müzakirələr aparılıb.

Layihə çərçivəsində 2025-ci il ərzində 20-dən artıq universitetdə tələbələrlə  bu formatlı görüşlərin keçirilməsi nəzərdə tutulub.


Etiketlər:  Qış idman növlərinin inkişafı məqsədilə yeni layihəyə start verildi FOTO


RƏYLƏR