Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2024 09:48
Xidmət keyfiyyətinə daim önəm verən Ziraat Bank Azərbaycan xidmət çeşidliyini artırmaq və müştərilərinin rahatlığını təmin etmək üçün yeniliklər tətbiq etməyə davam edir. Bu dəfə bank müştərilərinin istər fiziki, istərsə də hüquqi şəxs müştərilərinin cari və kart hesablarına MilliÖn ödəniş terminalları vasitəsilə mədaxil imkanı yaradıb.
Ziraat Bank Azərbaycanın müştəriləri, Azərbaycanda geniş ödəniş terminal şəbəkəsinə malik olan MilliÖn ödəniş terminalları vasitəsilə artıq banka gəlmədən kart və cari hesab balanslarını asanlıqla artıra bilərlər. Digər üstünlük isə bu terminalların AZN valyutası ilə yanaşı, USD və EUR əskinazlarını qəbul edə bilməsidir. Kart hesabına mədaxil etmək üçün kartın üzərindəki 16 rəqəmli kodu daxil etmək kifayətdir. Cari hesabına mədaxil etmək istəyən fiziki şəxslər isə öz FİN kodunu, Hüquqi şəxs və sahibkarlar isə VÖEN nömrəsini daxil etməklə istəklərini reallaşdıra bilərlər. Qeyd edək ki, MilliÖn vasitəsilə minimal mədaxil məbləği 1 AZN, USD, EUR maksimal məbləğ isə 5000 AZN, USD və EUR təşkil edir.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.