Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə uşaqlar arasında ölümcül xəstəlik yayıldı - 10-dan çox uşaq öldü

Bu ölkədə uşaqlar arasında ölümcül xəstəlik yayıldı -  10-dan çox uşaq öldü

Tarix: 6 Dekabr 2024 11:26

Meksikada uşaqlar arasında ölümcül xəstəlik yayılıb.

Milil.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Belə ki, azı 13 uşaq qan dövranının bakterial infeksiyasından həyatını itirib.

"Epidemiologiya Baş İdarəsi Mexiko ştatının dörd tibb müəssisəsində parenteral qidalanma və ya onun tətbiqi üçün vasitələrin mümkün çirklənməsi ilə əlaqəli qan dövranı infeksiyasının yayıldığı və müalicəsi barədə məlumat verib. 20 pasiyentdən yanaşı xəstəlikləri olan 13 xəstənin ölümü qeydə alınıb", - deyə qurumdan vurğulanıb.

Aşkar edilmiş xəstələrin 0-14 yaş arası uşaqlar olduğu bildirilir.


Etiketlər:  ölkədə uşaqlar arasında ölümcül xəstəlik yayıldı çox uşaq öldü


RƏYLƏR