Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda beş marşrut xətti müsabiqəyə çıxarılır

Bakıda beş marşrut xətti müsabiqəyə çıxarılır

Tarix: 5 Dekabr 2019 15:00

Bakı. Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən 11, 30, 40, 71, və 199 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.

BNA-dan Trend-ə verilən məlumata görə, daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır.

Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Bakıda beş marşrut xətti müsabiqəyə çıxarılır Bakıda beş marşrut xətti müsabiqəyə çıxarılır


Etiketlər:  Bakıda beş marşrut xətti müsabiqəyə çıxarılır


RƏYLƏR