Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qışın vazkeçilməz meyvəsi - xurmanı yemək üçün 5 səbəb

Qışın vazkeçilməz meyvəsi - xurmanı yemək üçün 5 səbəb

Tarix: 8 Dekabr 2024 17:00

İmmunitet sistemini gücləndirən, həzm sisteminə fayda verən və ürək sağlamlığını dəstəkləyən bu meyvə sağlam həyat üçün ideal seçimdir.

Sonxeber.net xəbər verir ki, süfrələrinizə xurma əlavə etməyin 5 vacib səbəbi var.

Xurma yeməyin 5 səbəbi:



Zəngin Qida Dəyəri: Xurma vitamin və minerallarla çox zəngindir. Xüsusilə tərkibindəki C vitamini, A vitamini, kalium və lif tərkibi ilə immunitet sistemini gücləndirir və sağlam dəri üçün faydalıdır.

Antioksidant Xüsusiyyətləri: Yüksək miqdarda antioksidant ehtiva edən xurma bədəndəki sərbəst radikalları zərərsizləşdirərək hüceyrələri qoruyur və yaşlanma əleyhinə təsir göstərir.

Həzm Sistemi Sağlamlığı: Liflə zəngin olduğu üçün həzm sistemini dəstəkləyir. Qəbizliyi aradan qaldırır və bağırsaqların nizamlı işləməsinə kömək edir.

Ürək Sağlamlığını Dəstəkləyir: Xurma kalium və lif tərkibi sayəsində ürək sağlamlığını dəstəkləyir. Qan təzyiqini tənzimləyir və ürək xəstəlikləri riskini azaldır.

Aşağı Kalori və Yüksək Dad: Aşağı kalorili meyvə olan xurma şirin ehtiyacınızı qarşılamaq üçün sağlam alternativdir. Pəhrizə asanlıqla daxil edilə bilər. /Demokrat.az/


Etiketlər:  Qışın vazkeçilməz meyvəsi xurmanı yemək üçün səbəb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ