Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xırdalanda elektrik təchizatın yaxşılaşdırılması məqsədilə iki yarımstansiya tikilib

Xırdalanda elektrik təchizatın yaxşılaşdırılması məqsədilə iki yarımstansiya tikilib

Tarix: 5 Dekabr 2019 15:27

Bakı. Trend:

Xırdalan şəhərinin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə iki ədəd 35 kV-luq yarımstansiya inşa edilib və mövcud 35 kV-luq elektrik şəbəkəsi ilə əlaqələndirilib.

“Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, Xırdalan şəhərinin və ətraf qəsəbələrinin dinamik sosial-iqtisadi inkişafına uyğun olaraq kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, ərazidə yeni inşa edilən çoxsaylı sosial infrastrukturların, o cümlədən əhalinin fasiləsiz və dayanıqlı enerji təchizatının təmin olunması məqsədi ilə yeni güc mənbələrinin inşa edilməsi, istismar müddəti keçən transformator məntəqələrinin, komplekt transformator məntəqələrinin, elektrik verilişi xətlərinin və digər elektrik qurğularının yenisi ilə əvəz olunması istiqamətində “Azərişıq” tərəfindən irihəcmli işlər həyata keçirilir.

“Azərenerji” ASC tərəfindən yeni inşa edilən 110 kV-luq “Xırdalan” yarımstansiyasının ərazisində 35/10 kV-luq yarımstansiyası inşa edilərək şəbəkəyə qoşulub. 220/110/10 kV-luq “Xırdalan” yarımstansiyasından elektrik enerjisi ilə təmin olunan 10 kV-luq kabel xətlərinin yeni 35 kV-luq yarımstansiyasına köçürülməsi işləri davam etdirilməkdədir.

Masazır, “28 May”, Pirəküşkül, Qobu, Hökməli qəsəbələrində, Atyalı, Quşçuluq və digər ərazilərin elektrik təchizatında olan problemlərin aradan qaldırılması üçün “Azərişıq” ASC tərəfindən bir sıra texniki tədbirlər həyata keçirilməkdədir.

Qeyd olunan yaşayış məntəqələrində 35, 10, 6 və 0,4 kV-luq elektrik veriliş xətlərində, yarımstansiya və transformator məntəqələrində yenidənqurma və təmir işləri aparılır, elektrik enerjisinə artan tələbatın qarşılanması üçün müxtəlif gücdə komplekt transformator məntəqələri quraşdırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xırdalanda elektrik təchizatın yaxşılaşdırılması məqsədilə yarımstansiya tikilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ