Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda gələn ildən bu xidmətlər ucuzlaşacaq

Azərbaycanda gələn ildən bu xidmətlər ucuzlaşacaq

Tarix: 9 Dekabr 2024 15:16

Gələn ildən etibarən mikrosahibkarlar üçün vergi güzəştlərinin edilməsi nəzərdə tutulur. Belə ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, növbəti ildən illik dövriyyəsinin həcmi 45 min manatadək olan bir sıra xidmət sahələri üzrə fəaliyyət göstərən mikrosahibkar olan fiziki şəxslər əldə etdikləri gəlirlərinin 75 faizi hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) vergidən azad edilir.

Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov İqtisadiyyat.az-a açıqlamasında bu dəyişikliyi şərh edib.

Onun sözlərinə görə, bu o deməkdir ki, əgər mikrosahibkarlar əldə etdikləri gəlirlərdən 20 faiz vergi verirlərsə, növbəti ildən bu rəqəm 5 faizə qədər azalacaq:

"Misal üçün, əgər mikrosahibkarın aylıq gəliri 1000 manatdırsa, indiki halda bu, sahibkarın aylıq vergi yükünün 200 manat olması anlamına gəlir. Amma növbəti ildən etibarən bu rəqəm 50 manata qədər azalacaq. Nəzərə alsaq ki, burada bir çox xidmətlər var, ona görə də vergi güzəştlərinin tətbiqi bu xidmətlər üzrə xərclərin azalmasına və eyni zamanda qiymətlərin ucuzlaşmasına gətirib çıxara bilər. Çünki vergi güzəştləri nəticəsində sahibkarın sərəncamında daha çox vəsait qalacaq ki, bu da onların göstərdiyi xidmətlərin ucuzlaşmasına düşməsinə səbəb ola bilər".

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisdə iki oxunuşda qəbul edilib.

Qeyd edilən xidmət sahələri aşağıdakılardır:

- Proqram təminatının işlənməsi;

-layihə-dizayn və dekorasiya sahəsində xidmətlər;

- tərcümə xidmətləri;

- reklam xidmətləri;

- araşdırma və tədqiqat sahəsində fəaliyyət;

- elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;

- Hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;

- Jurnalistlərin fəaliyyəti;

- Bazar konyukturunun öyrənilməsi;

- Qiymətləndirmə fəaliyyəti;

- Avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla sifarişlərin çatdırılması və kuryer xidməti;

- Turizm bələdçiliyi;

- İxrac xidməti.

Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.


Etiketlər:  Azərbaycanda gələn ildən xidmətlər ucuzlaşacaq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ