Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vasif Məhərrəmli kişilik barədə: ''Etiraf edirəm ki, yolumu azdım''

Vasif Məhərrəmli kişilik barədə: ''Etiraf edirəm ki, yolumu azdım''

Tarix: 10 Dekabr 2024 08:05

"Etiraf edirəm ki, yolumu azdım".

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində müğənni, Əməkdar artist Vasif Məhərrəmli deyib.

Heç kimə pul ödəmədən peşəkar səhnəyə addım atdığını bildirən müğənni bunun səbəbini öz musiqisi ilə əlaqələndirib:

"Doğru musiqi oxuyandan pul istəmirlər. Həmin dövrdə mən "Bakılı qız", "Nə küskünsən" və s. kimi mahnılar ifa edirdim. Daha sonra albomum işıq üzü gördü və bu, sırf klassik estrada janrında idi. Sonra isə yolumu azdım. Məni o tərəfə sürüklədilər. Ümumiyyətlə, kimsə mənə "yaxşı insan, ata, qardaş, oğul deyil" deyə bilər, amma heç kim sənətimə və kişiliyimə toxuna bilməz".

V.Məhərrəmlinin fikrincə, köhnə kişilər artıq yoxdur. Əməkdar artist, həmçinin özünü onların siyahısında görmədiyini deyib:

"Çünki köhnə kişilər başqa duruşun və əqidənin sahibi idilər. İndi sadəcə köhnəfikirli insanlar var. Mən isə bəzi məqamlarda köhnə düşüncədə, bəzən də yenifikirli oluram. Buna belə bir nümunə gətirə bilərəm. Adını çəkmək istəmədiyim bir dostum var ki, çox tanınmış adamdır. Deyir, bir gün dostlarımla oturmuşuq, təklif gəldi ki, bazar günü ailələrlə birlikdə çimərliyə getsinlər. O isə getmək istəmədiyini söyləyib. Səbəbini soruşanda isə "istəmirəm, arvadım qabağınızda soyunsun" deyib. Baxmayaraq ki, həmin adam təpədən dırnağadək tərzi ilə müasir görünür, amma köhnəfikirlidir. Mən də elə insanlardanam".


Etiketlər:  Vasif Məhərrəmli kişilik barədə Etiraf edirəm yolumu azdım


RƏYLƏR