Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya vətəndaşlarını ABŞ-yə səfər etməməyə çağırdı

Rusiya vətəndaşlarını ABŞ-yə səfər etməməyə çağırdı

Tarix: 11 Dekabr 2024 18:48

Rusiyanın Xarici İşlər Nazirliyi vətəndaşlarını ABŞ-yə səfər etməkdən çəkinməyə çağırıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə danışıb.

O qeyd edib ki, buna səbəb rusiyalıların həmin ölkədə saxlanılması riskinin mövcud olmasıdır.

"Rusiyalılar Amerikanın hakimiyyət və xüsusi xidmət orqanları üçün ov obyektinə çevriliblər. Ölkə vətəndaşlarına, həmçinin ABŞ ilə müttəfiq olan Avropa İttifaqı, Kanada kimi ölkələrə də səfər etməmək tövsiyə edilir", - XİN rəsmisi qeyd edib.


Etiketlər:  Rusiya vətəndaşlarını ABŞ səfər etməməyə çağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ