Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kimsəsizlər öldükdə malı-mülkü kimə qalır?

Kimsəsizlər öldükdə malı-mülkü kimə qalır?

Tarix: 14 Dekabr 2024 15:06

2024-cü il ərzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 2-si Bakıda, 1-i Sumqayıtda, 1-i isə Oğuz rayonunda olmaqla, fərdi yaşayış evində 4 nəfər meyit tapıblar. Sonradan aidiyyəti üzrə təhvil verilən meyitləri qonşuların aşkarlaması faktları da mövcuddur. Yəni statistika natamamdır.

Ümumiyyətlə, bu tip hadisələr il boyu baş verir və əksər hallarda ölən şəxslər yalqız yaşayan və heç bir yaxını olmayanlardır.

Adətən, vəfat edən şəxsin əmlakı vərəsəlik yolu ilə birinci dərəcəli qohumlarına (əri, ya arvadı, övladı və valideynləri) miras qalır.

Bəs mərhumun vərəsəsi olmadığı halda mülkiyyət kimin sərəncamına keçir?

Sonxeber.net bildirir ki,  mövzu ilə bağlı "Yeni Sabah"a danışan vəkil Turan Abdullazadə bildirib ki, sözügedən hal Mülki Məcəllə ilə tənzimlənir:

"Məcəllənin 1165-ci maddəsi vərəsələri olmayan əmlakın xəzinəyə keçməsi ilə bağlıdır. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməyibsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum olunubsa, vərəsələri olmayan əmlak dövlətin nəfinə keçir.

Başqa hallar da nəzərə alınıb. Məsələn, əgər miras qoyan şəxs ahıllar, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olubsa, əmlak onların mülkiyyətinə keçir". 

T. Abdullazadə qeyd edib ki, ölən şəxsi vərəsəsi mövcud deyilsə və vəsiyyət yoxdursa, əmlak dövlət mülkiyyətinə keçir:

"Qanunvericiliyə əsasən miras, ilk növbədə, ölən şəxsin övladı, əri, arvadı, valideynlərinə keçir. İkinci növbəli vərəsələr ölənin bacı-qardaşı, üçüncü növbədə həm ana, həm də ata tərəfdən nənə və baba hesab olunur.

Daha sonrakı növbə isə xala, dayı, bibi, əmidir. Yəni, hər hansı növbəli vərəsələr mövcud deyilsə, eyni zamanda da vəsiyyatnamə yoxdursa vəfat edənin əmlakı dövlət mülkiyyətinə keçir".


Etiketlər:  Kimsəsizlər öldükdə malı mülkü kimə qalır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ