Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Araqla kabab yeyən kişiləri nə gözləyir?

Araqla kabab yeyən  kişiləri nə gözləyir?

Tarix: 15 Dekabr 2024 12:27

Kömürdə qızardılmış yeməklə alkoqol içmək sağlamlıqda ciddi problemlərə yol açır.

Sonxeber.net e-saglam.az-a istinadən xəbər verir ki, qastoenteroloq Nataliya Panina bu cür qidalanmağın xərçəng yarada biləcəyini deyir.

"Kəskin pankreatit hətta 80 qram təmiz etanoldan da inkişaf edə bilər.

Bu 150 ml araq, 1 litr pivə deməkdir. Nə qədər doza yüksəkdirsə, xəstəlik riski bir o qədər çoxdur.

Spirtli içki mədə və mədəaltı vəzin qan dövranını pozur, nəticədə sfinkteri spazmlaşdırır, bu zaman öd kisəsindən sintez olunan fermentlər azalır.

Yüksək konsentrasiyada fermentin toplanması və onların çıxış yolu tapmaması səbəbindən mədəaltı vəzin hüceyrələri ölür. Hətta bu proses daim olarsa, nekroz, vəzin çürüməsi baş verə bilər.

Xüsusən qazlı alkoqollar təhlükəli hesab edilir: şampan, pivə, qarışıq içkilər, şirin çaxır.

Pankreatitin simptomları:

- Sol qabırğaaltında ağrı

- Kürəyə yayılan bıçaq kəsirmiş kimi ağrı

- Ürəkbulanma

- İştahsızlıq, arıqlama

- Qarında şişkinlik

- Yorğunluq, zəiflik

- Depressiya

- İshal.


Etiketlər:  Araqla kabab yeyən kişiləri gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ