Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan arvadı barədə: ''Biz evli deyilik''

Paşinyan arvadı barədə: ''Biz evli deyilik''

Tarix: 17 Dekabr 2024 00:10

"Bir neçə gündən sonra evliliyimizin 27-ci ildönümü olacaq, amma biz de-yure evli deyilik".

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyan barədə deyib.

"Biz nə dövlət qeydiyyatı, nə də dini baxımdan evliyik. Münasibətimiz ümumi övladlarımızla möhkəmlənir. Üstəlik, artıq neçə illərdir ki, Anna Akopyan faktiki olaraq baş nazirin həyat yoldaşı kimi bəyannamə təqdim edir. Əslində, 27 ildir ailəliyik, amma evli deyilik", - deyə o qeyd edib.

Akopyan əlavə edib ki, o, 17 yaşından həyatını Paşinyanla bağlayıb və ömrünün daha çox hissəsini onunla yaşayıb.


Etiketlər:  Paşinyan arvadı barədə evli deyilik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ