Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsi tərəflərini əlavə humanitar tədbirlər görməyə çağırır

ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsi tərəflərini əlavə humanitar tədbirlər görməyə çağırır

Tarix: 5 Dekabr 2019 22:48

Bakı. Trend:

ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsi tərəflərini əlavə humanitar tədbirlər görməyə çağırır.

Trend-in məlumatına görə, bu barədə ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir.

Bəyanatda bildirilir: "Bratislavada (Slovakiya) ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası münasibətilə biz, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri (Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa və xarici işlər nazirinin yanında dövlət katibi Jan-Batist Lemuan və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker) biz əvvəlki kimi qətiyyətlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vasitəçi kimi çıxış edirik".

xəbər yenilənəcək

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ATƏT Minsk Qrupu həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsi tərəflərini əlavə humanitar tədbirlər görməyə çağırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ