Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2024 14:35
Mükəmməl sənət, ürəkləri oxşayan ecazkar musiqilər, möhtəşəm səs...
Çoxdan gözlənilən əsl sənət gecəsi baş tutdu. Əməkdar artist, tanınmış müğənni Elton Hüseynəliyev Heydər Əliyev Sarayında ötən gün sevənlərinə əsl musiqi zövqü yaşatdı.
"Nəğməli dünyam" solo konsert proqramında müğənni fonoqramsız, bekvokalsız iki saatdan artıq canlı ifaları ilə dinləyicilərinin qəlbini oxşadı. Necə deyərlər, qulağımızın pası töküldü. Bu, konsert və konsertdə səsləndirilən canlı ifalar, eyni zamanda, ruhu oxşayan musiqilər bir daha onu sübut etdi ki, bəli, sənət dünyasında məhz belə səslər və ifalar qalacaq. Efirləri və sosial şəbəkələri zəbt edən bayağı mahnılar və ifaçıların musiqimizdə duruş gətirə bilməyəcəklər.
Solo konsert proqramında tanınmış sənət adamları, ictimai xadimlər, Eltonsevənlər iştirak etdi.
Müğənni konsertdən öncə mətbuat konfransı keçirib və media nümayəndələrinin suallarını cavablandırıb.
O, ən böyük arzusunu reallaşdırdığı üçün özünü xoşbəxt saydığını dilə gətirib:
"20 ildən sonra arzum reallaşdı. Heydər Əliyev Sarayında solo konsert vermək ən böyük arzum idi. Bu gün bu arzumu reallaşdırdım. Ən böyük arzularımdan biri də Şuşada konsert verməkdir. Gün o gün olsun, bu arzum da həyata keçsin".
Konsertdən fotoları təqdim edirik: