Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2019 08:30
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin (ötən illərdən keçmiş cinayətlər üzrə cinayət törətmiş şəxslər də daxil olmaqla) çoxu əmək qabiliyyətli işləməyənlər və təhsil almayanlardır.
Trend-in məlumatına görə, 2018-ci ildə Azərbaycanda 16 727 şəxs müәyyәn edilmiş cinayәt törәdib. Onların 12 679 nəfəri əmək qabiliyyətli işləməyən və təhsilsiz şəxslər olub.
Ötən il cinayət törədənlərin 341-i məşğulluğuna görə fəhlə, 560-ı qulluqçu, 31-i kənd təsərrüfatı işçiləri, 71-i təhsil alanlardır. Cinayətkarların qalan 3 045 nəfəri digər sahələr üzrə işləyib.
Müәyyәn edilmiş cinayәt törәdənlərin 10 863-ü 30 və daha yuxarı yaşda olub.
Ötən il ərzində müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin sayı 2017-ci ilə (16 750) nisbətən azalsa da, bu kateqoriyadan olanlar arasında 30 və daha yuxarı yaşda cinayət törədənlərin sayı artıb.
2018-ci ildə müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin 10 863-nün, 2017-ci ildə 10 501-nin yaşı 30 və daha yuxarı olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin