Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2019 13:45
Bakı. Sara İsrafilbəyova - Trend:
ABŞ-ın İrana qarşı sanksiyalarının dünya neft bazarına necə təsir göstərəcəyini demək çətindir.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Milli Neft Komitəsinin iclası çərçivəsində jurnalistlərə deyib.
O bildirib: “Təsirin hansı şəkildə olacağını demək çətindir. Fikrimcə, radikal təsir olmamalıdır”.
Nazir qeyd edib ki, Azərbaycan OPEC+ sazişi çərçivəsində OPEC katibliyi ilə, eləcə də sazişin iştirakçı ölkələri ilə daim müzakirələr aparır.
P.Şahbazov əlavə edib ki, iyuna qədər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin neft hasilatı ilə hər hansı birtərəfli qərar qəbul etməsi gözlənilmir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin