Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2024 20:18
Bu gün Xalq artisti Ofeliya Sənani Xətai Tibb Mərkəzində müalicəsini bitirib və evə yola salınıb.
Mərkəzdən verilən xəbərə görə, Ofeliya xanım özünü yaxşı hiss edir. Təzyiqi normaya düşüb, vəziyyəti stabilləşib.
Ofeliya Sənani bu müddət ərzində onun qayğısına qalmış bütün həkimlərə və tibb bacılarına minnətdarlığını bildirərək, göstərilən xidmətdən məmnun qaldığını söyləyib. O həmçinin, sağlığı ilə bağlı narahat olan hər kəsə öz təşəkkürünü bildirib. /Lent.az