Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2024 16:04
Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Aralıq dənizi sahillərində Tartus şəhəri (Dəməşqdən 220 km aralı) və onun ətrafında keçmiş rejim tərəfdarlarını təqib edərkən pusquya düşüb, 14 döyüşçü öldürülüb.
Sonxeber.net xəbər verir ki, bunu SANA agentliyinə ölkənin daxili işlər naziri Məhəmməd Əbdül Rəhman deyib.
Onun sözlərinə görə, atışmada Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələrinin 10 əməkdaşı da yaralanıb.
O vurğulayıb ki, hakimiyyət sabitliyin və vətəndaş sülhünün qorunması üçün səylərini əsirgəməyəcək.