Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki ödəniş təşkilatına icrası məcburi göstəriş verilib

İki ödəniş təşkilatına icrası məcburi göstəriş verilib

Tarix: 26 Dekabr 2024 21:00

Azərbaycan Mərkəzi Bankı (AMB) iki ödəniş təşkilatına icrası məcburi göstəriş verilməsi ilə bağlı qərar verib.

Sonxeber.net-ın AMB-dən əldə etdiyi məlumata görə, həmin ödəniş təşkilatları "K Group" və "PulPal" MMC-lərdir.

"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinin tələblərinə uyğun olaraq emissiya olunan elektron pulların istifadəsi, o cümlədən istifadəçilər tərəfindən elektron pulların qalıq dəyəri barədə məlumatların əldə edilməsi imkanının təmin olunmamasına görə, həmin Qanunun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq Mərkəzi Bank tərəfindən "K Group" MMC-yə müvafiq pozuntu hallarının aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstəriş verilib.

"PulPal" MMC-yə isə həmin Qanunun 7.1.1-ci maddəsinə uyğun olaraq ödəniş xidməti istifadəçilərindən ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təmin edilməsinə dair tələblərin pozuntusu hallarının aradan qaldırılması ilə bağlı bu Qanunun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq Mərkəzi Bank tərəfindən icrası məcburi olan göstəriş verilib.


Etiketlər:  İki ödəniş təşkilatına icrası məcburi göstəriş verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ