Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanın sabiq prezidenti Konstitusiyanı pozduğuna görə cəzalandırıldı

Gürcüstanın sabiq prezidenti Konstitusiyanı pozduğuna görə cəzalandırıldı

Tarix: 30 Dekabr 2024 23:36

Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili ölkə Konstitusiyasını pozduğuna görə dövlət mühafizəsindən məhrum edilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu Prezident Mixail Kavelaşvilinin imzaladığı "Dövlət təhlükəsizliyi haqqında" qanuna dəyişikliklər təsdiq edir.

Əvvəlki qanuna əsasən, səlahiyyət müddəti başa çatdıqdan sonra bir il ərzində prezident, baş nazir və parlament sədrinin dövlət mühafizəsi saxlanılırdı, lakin qanunvericiliyə edilən dəyişikliklər kontekstində vəzifələrin icrası zamanı pozuntular Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildikdə, şəxsi mühafizə nəzərdə tutulmur.

Xatırladaq ki, ötən il Gürcüstanın Konstitusiya Məhkəməsi Zurabişvilinin hökumətlə razılaşdırılmayan xarici səfərlərlə Konstitusiyanı pozduğunu ifadə etmişdi.


Etiketlər:  Gürcüstanın sabiq prezidenti Konstitusiyanı pozduğuna görə cəzalandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ