Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən gənc məşqçilər Azərbaycan Premyer Liqasındadır – Araşdırma

Ən gənc məşqçilər Azərbaycan Premyer Liqasındadır – Araşdırma

Tarix: 6 Dekabr 2019 13:16

UEFA üzvü olan ölkələrin liqaları arasında faiz nisbətinə görə ən gənc məşqçilər Azərbaycan Premyer  Liqasında işləyir.

Qol.az-ın xəbərinə görə, bu, şotlandiyalı futbol adamının UEFA reytinqində 1-39-cu yerləri tutan komandaların çalışdırıcıları arasında apardığı araşdırma zamanı bəlli olub. Bununla bağlı nəticələr Tvitterdəki FootballSwiss səhifəsində paylaşılıb.

Premyer Liqamızda orta yaş həddi 42,8 təşkil edib. Ən yaşlı məşqçilər isə Albaniya liqasındadır (51,6).

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında ən gənc məşqçilər Ayxan Abbasov, Zaur Həşimov və Aftandil Hacıyev, (38 yaş), ən yaşlı məşqçi isə Roberto Bordindir (54 yaş).

 


Etiketlər:  gənc məşqçilər Azərbaycan Premyer Liqasındadır Araşdırma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ