Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2025 05:06
Mədəaltı vəzi xərçəngi adətən gecikmiş mərhələlərdə əlamət verir və bu səbəbdən təhlükəli hesab olunur. Lakin bəzi erkən simptomlar xəstəliyin vaxtında aşkarlanmasına kömək edə bilər.
E-saglam.az xəbər verir ki, həkimlər bu xərçəng növünün ən yayılmış əlamətlərini müəyyən edərək xəstələrin diqqətini bu məsələyə yönəldiblər.
Asteniya, yəni həddindən artıq yorğunluq və zəiflik, mədəaltı vəzi xərçənginin ən önəmli xəbərdaredici əlamətlərindən biridir. Bu hiss bəzən ümumi zəiflik olaraq bütün bədəni, bəzən isə yalnız qolları və ayaqları əhatə edə bilər. Asteniya tez-tez konsentrasiya və yuxu problemləri ilə əlaqələndirilir.
Digər erkən əlamətlərə iştahsızlıq, səbəbsiz kilo itkisi və qarın ağrısı daxildir. Bu simptomlar bəzən xoluriya, yəni sidiyin rənginin tündləşməsi ilə müşayiət olunur. Gözlərdə və dəridə saralma da xərçəngin əlamətləri arasında göstərilir. Həmçinin, yüksək temperatur və ya titrəmə hissi kimi simptomlar da müşahidə edilə bilər.
Bu əlamətlər fərqli xəstəliklərdə də meydana gələ bilər, lakin diqqətli olmaq və vaxtında həkimə müraciət etmək xəstəliyin erkən aşkarlanması və müalicə şansı baxımından həyati əhəmiyyət daşıyır.