Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2025 09:24
Tibbi ekspertlərin fikrincə, əllərinizdəki bəzi simptomlar ən ölümcül xərçəngin əlamətləri ola bilər.
Sonxeber.net xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya alimləri araşdırma aparıb.
Əllərdəki bəzi xarakterik əlamətlər ağciyər xərçənginin erkən xəbərdarlığı ola bilər. Belə ki, ağciyər xərçəngi olan bəzi insanlarda barmaqlarında və dırnaqlarında şişkinlik, həmçinin oynaqlarda ağrı və şişlik müşahidə oluna bilər. Bu vəziyyət hipertrofik pulmoner osteoartropatiya (HPOA) kimi tanınır. /viral.az