Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2025 18:10
Qəzaya uğrayan AZAL-a məxsus təyyarənin sərnişinlərinin xilas edilməsində iştirakına görə Qazaxıstanda bir qrup şəxs - Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, həkimlər, polislər, Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının əməkdaşları dövlət mükafatlarına layiq görülüblər.
Sonxeber.net-ın xəbərinə görə, bu barədə Manqistau vilayəti administrasiyası məlumat yayıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamına əsasən, 19 nəfər dövlət mükafatına layiq görülüb, 51 nəfərə dövlət başçısının təşəkkür məktubu təqdim edilib./APA