Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2025 07:18
SSRİ-nin yenidən doğulması bu və ya digər şəkildə 2025-ci ildə baş verəcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman səsləndirib.
"Yenidən doğulma ümid deyil, qaçılmaz zərurətdir. 2025-ci ildə bunu etmək üçün vaxtımız ola bilər, lakin daha bir neçə il gözləməli ola bilərik", - Vasserman deyib.
O qeyd edib ki, məsələn, Amerika ştatlarının bəziləri Meksikanın keçmiş əraziləridir: Texas, Kaliforniya, Nyu-Meksiko, Nevada, Arizona...