Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TANAP ilə nəql edilən qazın ümumi həcmi AÇIQLANDI

TANAP ilə nəql edilən qazın ümumi həcmi AÇIQLANDI

Tarix: 6 Yanvar 2025 11:40

"TANAP Azərbaycandan İtaliyaya qədər uzanan 3500 kilometrlik Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans Adriatik Boru Kəməri (TAP) ilə birlikdə Cənub Qaz Dəhlizinin ən mühüm hissəsidir".

Sonxeber.net xəbər verir ki, bunu SOCAR Türkiyə Baş icraçı direktoru Elçin İbadov SOCAR Türkiyə və qrup şirkətlərinə dair hesabat xarakterli mətbuat konfransında deyib. 

E.İbadov qeyd edib ki, TANAP Avropa və Türkiyənin təbii qaz ehtiyatlarının müxtəlifliyinin artırılması ilə yanaşı Türkiyəni enerji dəhlizinə çevirmək istiqamətində bugünə qədər atılmış ən strateji addımlardan biridir:

"TANAP tərəfdaşlıq strukturu; SGC 51%, SOCAR Türkiyə 7%, BOTAŞ 30% və BP Pipelines Limited 12%. Ümumi tutumu 16 milyard kubmetr olan kəmərin ilk sınaq qazı 2018-ci il yanvarın 23-də 1,339 kilometrlik Faza 0 hissəsində verilib. Kommersiya əməliyyatları isə 30 iyun 2018-ci il tarixində başlayıb. 15 iyun 2019-cu il tarixində 455 kilometr uzunluğunda Faza 1 hissəsi tamamlanmış, 1.811 km boru kəməri sistemi Avropaya qaz tədarükü üçün hazır vəziyyətə gətirilib. 31 dekabr 2020 tarixindən etibarən ilk kommersiya qazı Avropaya çatdırıldı. Layihə ilə nəql edilən 16 milyard kubmetr təbii qazın 6 milyard m³ Eskişehir və Trakyadakı iki nöqtədən milli şəbəkəyə qoşularaq Türkiyədə istifadə olunur, 10 milyard m³ təbii qaz isə TAP vasitəsilə Avropaya çatdırılır. TANAP-ın Türkiyə-Yunanıstan sərhədində TAP ilə birləşməsindən sonra Azərbaycan qazı Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya çatır. 16 milyard m³ olan xəttin ötürmə qabiliyyətinin əlavə investisiyalarla 31 milyard m³ çatdırılması nəzərdə tutulub. TANAP regionun ən uzun (1.811 km) və ən böyük diametrli (56") təbii qaz kəməridir. TANAP quruda 2.760 metr hündürlükdən, dənizdə isə 67.5 metr dərinliyə qədər uzanan marşrut üzərində tikilib.

İcracı direktor onu da bildirib ki, 31 dekabr 2024-cü il tarixinə TANAP ilə nəql edilən qazın ümumi həcmi 73,54 milyard m³-dir: "Türkiyə üçün nəql edilən kommersiya qazının ümumi həcmi: 30,80 milyard m³, Avropa üçün nəql edilən kommersiya qazının ümumi həcmi: 42,74 milyard m³".


Etiketlər:  TANAP ilə nəql edilən qazın ümumi həcmi AÇIQLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ