Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2025 15:22
Fransanın sağçı "Milli Birlik" partiyasının parlamentdəki fraksiyasının rəhbəri Marin Le Pen Mayota səfəri zamanı qəzaya düşüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, səfər zamanı Le Penin də göyərtəsində olduğu barja geri qayıdan digər barja ilə toqquşub.
İlkin məlumata görə, qəza zamanı Fransa prezidentliyinə keçmiş namizəd xəsarət almasa da, 3 nəfər yaralanıb.
Qeyd olunub ki, Le Pen Mayot sakinləri ilə görüşmək üçün adaya yollanırmış.