Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2019 16:00
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü ölkənin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün atdığı addımlardan biri saymaq olar.
Trend-in məlumatına görə, bunu İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massari deyib.
Onun sözlərinə görə, bu təşəbbüsün gerçəkləşməsi Azərbaycanın dayanıqlı inkişafa nail olmaq üçün necə fəaliyyət göstərdiyini bir daha nümayiş etdirir.
Səfir əlavə edib ki, bu təşəbbüs Azərbaycanın öz məqsədinə nail olmasına böyük töhfə verir: "Eyni zamanda Azərbaycan İtaliya arasında ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlıq barədə qeyd etmək istəyirəm. Biz ümid edirik ki, növbəti ilin əvvəlində Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində ətraf mühit sahəsində ikitərəfli sənəd imzalayacağıq. Bu da ətraf mühitin mühafizəsinə öz töhfəsini verəcək".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin