Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha çox bu sahələrdə maaş artımları olacaq - Deputat AÇIQLADI

Daha çox bu sahələrdə maaş artımları olacaq - Deputat AÇIQLADI

Tarix: 7 Yanvar 2025 19:56

"Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşlarının 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılması ilə bağlı Prezidenti sərəncamı əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq etdi".

Sonxeber.net xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu, eyni zamanda il ərzində sosial paketin daha da dərinləşəcəyindən xəbər verir.

"Minimum əməkhaqqı artımından sonra daha çox sektorlarda maaş artımlarının olacağı gözlənilir. Son sərəncamın əhatə dairəsinin geniş olması bunu bir daha təsdiq edir. 3 milyon vətəndaşımızı əhatə edəcək beşinci sosial paketin maliyyələşməsinə əlavə olaraq 1.6 milyard manatın ayrılacağı gözlənilir. Bütövlükdə, bu il ərzində dövlət büdcəsindən sosial sahəyə 16.9 milyard manat ayrılacaq".


Etiketlər:  Daha çox sahələrdə maaş artımları olacaq Deputat AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ