Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2025 00:12
Gənc qadın Almaniya Azad Demokrat Partiyasının (FDP) lideri Kristian Lindnerin Qreyfsvaldda seçki kampaniyası zamanı tortla hücum edib.
Sonxeber.net qaynarinfo-ya istinadən xəbər verir ki, tort keçmiş maliyyə nazirinin düz üzünə dəyib. "Nordkurier" qəzetinin yazdığına görə, hadisədən sonra o, çıxışına davam edib: "Mən bu döyüş yaralarını (mübarizənin izlərini) qürurla daşıyıram".
Yerli FDP sözçüsü və hadisə şahidi bunun təraş kremindən hazırlanmış saxta tort olduğunu bildirib. Lindner köpüyü dadıb və çıxışına davam edib.
"Təəssüf ki, bu, krem deyil, sadəcə sabundur", deyə keçmiş nazir bildirib.