Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2025 14:00
Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Aİ-nin Ermənistandakı müşahidəsi missiyasının qalma müddətinin daha iki il uzadılmasını təklif edib.
Sonxeber.net APA-ya istinadla xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun erməni xidməti Ali Nümayəndənin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Üzv dövlətlərin bu təklifi alqışladığı və hazırda Aİ Şurasının müvafiq qurumları ilə lazımi hüquqi aktların müzakirə edildiyi" vurğulanıb.
O da qeyd edilib ki, "Şuranın Aİ müşahidə missiyasının mandatının uzadılmasına dair qərarı yaxın günlərdə gözlənilir".