Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artistinin son vəziyyəti açıqlandı

Xalq artistinin son vəziyyəti açıqlandı

Tarix: 10 Yanvar 2025 22:50

Xəbər verdiyimiz kimi, Xalq artisti Ofeliya Sənani bir müddət əvvəl xəstəxanaya yerləşdirilib. 

Sonxeber.net aparıcı bildirib ki, artıq evə buraxılıb. O.Sənani özünü yaxşı hiss etmədiyini, müalicəsinin davam etdiyini bildirib:

"Bir həftə əvvəl xəstəxanadan evə buraxılmışam. Amma yaxşı deyiləm. Müalicəm davam edir. Həkimlər deyir ki, hələ uzun müddət müalicə almalıyam".

Teleaparıcı böyrəklərində problem olduğunu vurğulayıb:

"Böyrəklərim işləmir, qan təzyiqim yüksəkdir. Əməliyyat isə olmaz. Çünki xroniki problemdir. Əməliyyat olsam belə, problem aradan qalxmayacaq".

Qeyd edək ki, O.Sənani bir müddət əvvəl də xəstəxanaya yerləşdirilmişdi. O, saytımıza açıqlamasında infarkt keçirtdiyini demişdi. (Axşam.az)


Etiketlər:  Xalq artistinin vəziyyəti açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ