Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2025 09:10
"Ukraynanın arzusu təhlükəsizlik zəmanəti almaq və 2025-ci ildə Rusiya ilə müharibəyə son qoymaqdır. Bunun reallaşması üçün lazım olan hər şey ediləcək".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın "RaiNews24" telekanalına müsahibəsində deyib.
Onun fikrincə, Ukraynanın yenidən müharibəyə imkan verməyəcək təhlükəsizlik zəmanətlərinə ehtiyacı var.
Qeyd edək ki, daha öncə Zelenski Ukraynanın bu il müharibəni bitirmək üçün əlindən gələni edəcəyini deyib.