Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2025 17:08
Azərbaycan əsilli sabiq vəkil Elman Paşayevə ikinci dələduzluq epizodu üzrə ittiham irəli sürülüb.
Sonxeber.net bildirir ki, bu barədə təqsirləndirilən şəxsin həbs müddətinin uzadılması məsələsinin həll olunduğu Moskva Qarnizon Hərbi Məhkəməsində elan olunan cinayət işinin materiallarında qeyd olunub.
"Sizə qarşı iş qaldırılıb və şübhəli şəxs elan edilirsiniz", - hakim bildirib.
İşdə zərərçəkmiş qismində iclasda iştirak etməyən Zaxarov soyadlı şəxs keçir.
Bildirilib ki, Paşayev heç bir epizod üzrə özünü təqsirli hesab etmir. Hərbi məhkəmənin iclası qapalı olacaq. /Report