Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2025 19:32
Bakıda bir qadın müğənni olmaq üçün Natiq Qiyasov adlı falçıya 12 min manat verib.
Sonxeber.net xəbər verir ki, bu haqda "Xəzər xəbər" süjet yayımlayıb.
O bildirib ki, ruzi yollarını açmaq üçün falçı ondan külli miqdarda pul alıb:
"İşlərimdə çətinlik var idi. Bununla tanış olduq, başladı ki, bəxtin, ruzi yolların bağlıdır. 3 ay ərzində məni soydu. 12 min manat ona pul vermişəm. Həyatımdan heç nə dəyişmədi. Ceyran dərisinə guya nəsə yazırdı, verirdi ki, saxla. 5 aydan sonra düşündüm ki, verdiyini açım. Baxdım ki, burada ceyran dərisindən əlamət yoxdur".
Natiq Qiyasov isə ilahiyyətçi olduğunu deyib və qadının iddialarını rədd edib.
Hazırda polis məsələ ilə bağlı araşdırma aparır.