Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2025 15:16
Əbu-Dabidə keçirilən illik "Technovation 2024" konfransında "Philip Morris International" (PMI) şirkəti "tüstüsüz gələcək" strategiyası çərçivəsində atacağı addımları ictimaiyyətə təqdim edib. PMI artıq 10 ildir ki, "tüstüsüz gələcək" - ənənəvi tütün məmulatlarından tədricən imtina yanaşmasını ardıcıl şəkildə icra edir. Ənənəvi siqaretlərin vurduğu ziyanın azaldılmasına yönəlmiş innovasiyaların mühüm əhəmiyyətini müzakirə etmək məqsədilə müxtəlif media qurumlarının rəhbərləri, ictimai liderlər, alimlər və ictimai fəallar dəvət olunub. Şirkətin qarşısına qoyduğu missiya açıq-aydındır: siqaret tüstüsü olmayan dünya yaratmaq.
Mövcud statistik göstəricilər də bu istiqamətdə görülməli olan səylərin vacibliyini vurğulayır. Siqaret çəkməklə bağlı xəstəliklər hər il 8 milyona yaxın insanın həyatına son qoyur, bununla belə, dünyada az qala 1,1 milyard insan siqaret çəkməyə davam edir. PMI-nin buna cavabı - son 10 il ərzində elmi tədqiqatlara və yeni məhsullara ümumilikdə 12,5 milyard dollar investisiya qoyulmasıdır. Bu istiqamətdə görülmüş işlər nəzərəçarpacaq nəticələr göstərib: 2024-cü ilin üçüncü rübünün yekunlarına əsasən, tüstüsüz məmulatlar PMI-nın xalis gəlirlərinin 38%-ni təşkil edib. - bu, 92 müxtəlif ölkədə ümumilikdə 36,8 milyona yaxın istehlakçının tüstüsüz məhsullardan istifadə etməsi deməkdir.
PMI-ın baş direktoru Yatsek Olçak konfransda etdiyi çıxışda şirkətin kifayət qədər ambisiyalı məqsədini açıqlayıb: öz gəlirlərinin üçdə ikisini 2030-cu ilə qədər tüstüsüz məhsullardan əldə etmək.
"Siz siqaret çəkmirsinizsə, heç başlamayın da, çəkirsinizsə, tərgitin. Tərgitmək istəmirsinizsə, daha az zərəri olan alternativlərə keçin" ,- deyə Olçak vurğulayıb.
"Siqaretlərin alternativlərini qadağan etmək - boşuna vaxt itkisidir. Elmə əsaslanan məhsullar siqaretin ziyanının azaldılmasının daha sürətli yolunu təklif edir", - deyə baş direktor əlavə edib.
PMI-nin tüstüsüz gələcək konsepsiyasının mərkəzində məhz tüstüsüz məhsullar xətti durur. Şirkət klassik siqaretlərin alternativlərinə həm də ona görə böyük önəm verir ki, tüstüsüz məmulatlar dünyada siqaret çəkmə səviyyəsinin azalmasına real töhfələr verir. Məsələn, PMI-nin 2014-cü ildə tüstüsüz məhsulları bazara çıxarmasından bəri Yaponiyada siqaret çəkmə səviyyəsi 40% azalıb.
PMI-nin tənəffüs yolu ilə istifadə edilən tüstüsüz məhsullar bölməsinin prezidenti Stefano Volpetti şirkət portfelinin müxtəlifliyini vurğulayıb. Portfelə qızdırılan tütün məhsulları, elektron buxar məhsulları və oral nikotin paketləri daxildir. "Məqsədimiz - elmi əsaslandırılmış alternativlərin geniş çeşidini təklif etməkdir. 2022-ci ildə "Swedish Match" şirkətinin əldə edilməsi bizim tüstüsüz oral məhsullar portfelimizi genişləndirməyə imkan verərək zərərin azaldılması ilə bağlı götürdüyümüz öhdəliyi möhkəmləndirmiş oldu", - deyə o əlavə edib.
Tüstüsüz gələcəyə aparan yolda əsas əngəllərdən biri ictimaiyyət arasında nikotinlə bağlı anlaşılmazlıqdır. PMI rəhbərləri vurğuladılar ki, nikotin asılılıq yaratsa da, o, siqaret çəkməklə bağlı xəstəliklərin heç də əsas səbəbi deyil. Əsas ziyanı yanma zamanı əmələ gələn kimyəvi maddələr vurur.
"Problem - yanmadadır, nikotində deyil", - deyə Olçaq qeyd edib. "İsveç və Yaponiya kimi ölkələr siqaret çəkmə səviyyəsinin azaldılmasında tüstüsüz məhsulların effektivliyini nümayiş etdirib. Bununla belə, razılaşdırılmamış qlobal qayda və qanunlar bu irəliləyişin ləngiməsinə səbəb olur. Daha az zərərli alternativləri qadağa edib, siqaretin satışına icazə verməyin məntiqi nədir? Bu əhalinin sağlamlığına zərər vurur".
Tədbirdə, eyni zamanda, dünyanın müxtəlif ölkələrində siqaret çəkmə səviyyəsinin aşağı düşməsinə azaldılmasına dair uğurlu nümunələr göstərilib. Yeni Zelandiya alternativ tütün məhsullarını dəstəkləyən proqressiv siyasəti sayəsində artıq 2025-ci ilə tüstüsüz ölkəyə çevrilməyi planlaşdırır. Analoji olaraq İsveçdə siqaret çəkmə səviyyəsi Avropa İttifaqı hüdudlarında rekord aşağı səviyyəyə - 5.3%-ə düşüb. Buna məhz alışma yanma prinsipinə əsaslanmayan məhsulların tətbiqi təkan verib.
PMI-nin Cənubi və Cənub-Şərqi Asiya, MDB və Yaxın Şərq bölgələri üzrə prezidenti Frederik De Vilde zərərin azaldılması istiqamətində görülən işlərə görə Filippin kimi ölkələri təqdir edib. "Filippin tüstüsüz məhsullar üçün ayrıca normativ kateqoriyalar yaradıb və əlverişli vergi siyasəti hesabına onlardan istifadəni stimullaşdırıb. Bu yanaşma digər ölkələr üçün də nümunə olmalıdır", - deyə o bildirib.
Gələcək aspektdə də PMI innovasiyalara möhkəm sadiqliyini qoruyub saxlamaqdadır. PMI-nin qlobal kommunikasiyalar üzrə prezidenti Tommaso Di Covanni şirkətin missiyasını ictimaiyyətin səylərinin daha da genişləndirilməsi kimi izah edib.
"İnnovasiya - tərəqqinin hərəkətverici qüvvəsidir... Bizim tüstüsüz məhsullara aparan yolumuz 2014-cü ildə başlayıb və biz ona inanırıq ki, hökumətin və vətəndaş cəmiyyətinin dəstəyi ilə yaxın 10-15 il ərzində bir çox ölkələr tüstüdən azad ölkələrə çevrilə biləcəklər".
Tədbirdə, həmçinin, PMI-nin tüstüsüz məhsullarının sərgisi təşkil olunub; tədbir iştirakçıları tütün sənayesini dəyişə biləcək texnologiyalarla yerində tanış olublar.