Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ADU-da “Məni gözəl xatırla” adlı tədbir keçirilib (FOTO)

ADU-da “Məni gözəl xatırla” adlı tədbir keçirilib (FOTO)

Tarix: 6 Dekabr 2019 20:36

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində (ADU) “Məni gözəl xatırla” adlı tədbir keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbir ADU-nun Tələbə Gənclər Təşkilatının “Yazarlar klubu”nun təşkilatçılığı ilə baş tutub.

Tədbirdə universitetin tələbələri klubun üzvlərinin müəllifi olduğu şeirləri, həmçinin Xalq yazıçısı Kamal Abdullanın şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər.

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla tədbiri böyük məmnuniyyətlə sona qədər izlədiyini deyib: “Bu gözəl tədbirin hazırlanmasının hansı zəhmətin üstündən yüksəldiyini təsəvvür edirəm. Şeirə, sənətə məhəbbət hər bir azərbaycanlının qəlbindədir. Sovet dövründə tez-tez deyilirdi ki, Azərbaycan xalqı şair xalqdır. Əslində, bütün xalq necə şair olar, bunu heç cür təsəvvür edə bilmirdim. Mən bu fikirlə bağlı belə bir qənaətə gəldim ki, Azərbaycan xalqı harmoniyaya can atan xalqdır. Mən bu gün bu tədbirdə böyük harmoniyaya canatma gördüm. Sevindirici haldır ki, bu gün bizim oxucularımızın sayı yazıçılarımızın sayından çoxalmağa doğru gedir. Çünki hər şey oxumaqdan başlayır. Mənim beynimdə, qəlbimdə burada səslənən bir çox şeirlərin misraları qaldı. Hamınız son dərəcə çox xoşumuza gəldiniz”.

Azərbaycanın böyük şairi Hüseyn Cavidin “Gülbahar” şeirini söyləyən rektor son misraların bu gün Azərbaycanda bərqərar olmasına sevindiyini bildirib. Prezident İlham Əliyevin bu gün bütün dünyaya Azərbaycan multikulturalizmini elan etdiyini qeyd edən rektor Kamal Abdulla bununla Azərbaycan xalqının başqa insanı, başqa milləti, başqa mədəniyyət sahibini də qəbul etdiyini diqqətə çatdırıb. Kamal Abdulla şairin ən böyük multikultural insan olduğunu vurğulayıb.

ADU-da “Məni gözəl xatırla” adlı tədbir keçirilib (FOTO) ADU-da “Məni gözəl xatırla” adlı tədbir keçirilib (FOTO) ADU-da “Məni gözəl xatırla” adlı tədbir keçirilib (FOTO) ADU-da “Məni gözəl xatırla” adlı tədbir keçirilib (FOTO) ADU-da “Məni gözəl xatırla” adlı tədbir keçirilib (FOTO) ADU-da “Məni gözəl xatırla” adlı tədbir keçirilib (FOTO) ADU-da “Məni gözəl xatırla” adlı tədbir keçirilib (FOTO) ADU-da “Məni gözəl xatırla” adlı tədbir keçirilib (FOTO) ADU-da “Məni gözəl xatırla” adlı tədbir keçirilib (FOTO) ADU-da “Məni gözəl xatırla” adlı tədbir keçirilib (FOTO) ADU-da “Məni gözəl xatırla” adlı tədbir keçirilib (FOTO) ADU-da “Məni gözəl xatırla” adlı tədbir keçirilib (FOTO) ADU-da “Məni gözəl xatırla” adlı tədbir keçirilib (FOTO) ADU-da “Məni gözəl xatırla” adlı tədbir keçirilib (FOTO)


Etiketlər:  ADU da Məni gözəl xatırla adlı tədbir keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ