Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prokuror tiktoker Zeynəbə ağır cəza istədi

Prokuror tiktoker Zeynəbə ağır cəza istədi

Tarix: 17 Yanvar 2025 17:32

Narkotiklərin satışında ittiham edilən tiktoker Zeynəb Ən-Nəiminin növbəti məhkəmə prosesi keçirilib.

Sonxeber.net bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək Zeynəb Ən-Nəiminin 7 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

Proses 23 yanvar tarixinədək təxirə salınıb.

Qeyd edək ki, Zeynəb Ən-Nəimi tanınmış tiktoker kimi də fəaliyyət göstərib.

Xatırladaq ki, Zeynəb Ən-Nəimi Nəsimi RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib. /Lent.az


Etiketlər:  Prokuror tiktoker Zeynəbə ağır cəza istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ