Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2025 19:50
Rusiyanın Sverdlovsk vilayətinin İrbit şəhər sakini "Əbədi məşəl"də siqaretini yandırdığına görə saxlanılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
İstintaq Komitəsinin regional qərargahından bildirilib ki, rusiyalı əvvəlcə yoldan keçənlərdən alışqan istəyib, lakin heç kim ona bu barədə yardım etməyib. Bundan sonra o, hərbi şöhrət simvolunda öz siqaretini yandırıb.
Vətəndaş barəsində cinayət işi açılıb. Saxlanılan şəxsin əvvəllər də məhkum olunduğu üzə çıxıb. "Unikal"